ATƏT sentyabrın 25-də Azərbaycanın Tovuz rayonunun Koxanəbi kəndi yaxınlığındakı təmas xəttində növbəti monitorinq keçirəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq keçiriləcək.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və maliyyə administrasiyasının rəhbəri Piter Svedberq,
təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Uilyam Prayor keçirəcəklər.