“İnvest-AZ” MMC Bakı Fond Birjasına (BFB) daxil olub. Bu barədə birjanın məlumatında deyilir.
“Sentyabrın 23-də “İnvest-AZ” BFB-nin üzvü olub. Bununla əlaqədar şirkətə müvafiq sertifikat təqdim olunub”, - deyə məlumatda qeyd edilir.
Hazırda 12 şirkət BFB-nin fəal üzvüdür.
Xəbər verildiyi kimi, 2013-cü ilin sentyabr ayında “İnvest-AZ” BFB-nin 60 min manat məbləğində səhmlərini əldə edib və onun səhmdarı olub.
“İnvest-AZ” 2006-cı ilin yanvar ayında yaradılıb. Şirkət Azərbaycanda broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalara malikdir. Bundan başqa, MMC İstanbul Birjasının (Borsa İstanbul) səhmdarı və üzvüdür.
“BFB” QSC 2000-ci ildə təsis edilib. Onun yaradılmasında məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşmasıdır. 20 şirkət BFB-nin səhmdarıdır.