Azərbaycan idmançıları İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında dörd medal qazanıblar. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat verir.
Çərşənbə axşamı 67 kq çəki dərəcəsində döyüşən Niyazi Əliyev komandanın hesabına bir gümüş medal yazdırıb.
Daha əvvəl isə karateçi Rafael Ağayev iranlı idmançını final görüşündə məğlub edərək qızıl medala sahib olub. Ölkəmizə daha bir qızıl medalı Ayxan Mamayev qazandırıb. Şahin Atamov isə gümüş medala sahib olub.
Beləliklə, azərbaycanlı karateçilər III İslam Həmrəyliyi Oyunlarında iki qızıl və iki gümüş medal qazanıblar.