Azərbaycan nümayəndə heyəti Parisdə keçirilən "Top Resa 2013" Beynəlxalq Turizm Sərgisində iştirak edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Nazirliyin əməkdaşları ilə yanaşı, sərgidə həmçinin Azərbaycanın 6 turizm şirkəti də iştirak edir.
Bundan başqa, sərgidə respublikanın turizm imkanlarını əks etdirmək üçün 60 kv.m sahədə lövhə quraşdırılıb. Tədbir iştirakçılarına ingilis və fransız dillərində müxtəlif növ reklam xarakterli materiallar paylanıb.
Azərbaycan 2009-cu ildən etibarən "Top Resa" Beynəlxalq Turizm Sərgisinin iştirakçısıdır. Sərgi sentyabrın 27-dək davam edəcək.