Müdafiə naziri Səfər Əbiyev İtaliya Respublikasının və Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Campaolo Kutillonu və İrfan Siddiqi qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, S.Əbiyev hərbi əməkdaşlığın dərinləşdirilməsi və hərbi təhsil sahəsində əldə edilmiş razılaşmaların inkişaf etdirlməsinin zəruriliyini bildirib.
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda mövcud gərgin hərbi-siyasi vəziyyət barədə də fikir mübadiləsi aparılıb.