Dövlət Neft Fondunun (ARDNF) 2014-cü il büdcəsinin son variantı bir barel neftin qiyməti $100 olmaqla hazırlanıb. Bu barədə cümə axşamı jurnalistlərə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov məlumat verib.
Xəbər verildiyi kimi, ARDNF-in 2014-cü il büdcəsinin ilkin layihəsi bir barel neftin orta qiyməti $90-dan hesablanmaqla hazırlanmışdı.
“Biz fondun 2014-cü il büdcəsinin layihəsini yenidən nəzərdən keçirmişik və neftin bir barelinin qiyməti $100 məbləğində müəyyən edilib”, - deyə Ş.Mövsümov bildirib.
ARDNF-in 2013-cü il büdcəsi neftin bir barelinin qiyməti $100 olmaqla hazırlanıb.
Azərbaycan Dövlət Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. daxil olan gəlirlər toplanır.