İran hava hücumundan müdafiə üzrə yeni milli sistem işləyib hazırlayıb. “Hatəm əl-Ənbiya” hava hücumundan müdafiə bazasının komandanı, general Fərzad Esmayilinin İranın ingilis dilində yayımlanan “Pres TV” kanalına verdiyi məlumata görə, bu sistem hədəfdən yayındırma və antiradar raketləri məhv etməyə qadirdir.
Onun sözlərinə görə, iranlı mütəxəssislər “Yavar” hava hücumundan müdafiə sisteminin yaradılma layihəsinin elmi-tədqiqat və texnoloji mərhələlərini artıq həyata keçiriblər.
General bildirib ki, əsas radar və onun periferiya avadanlığı birinci mərhələdə hazırlanıb, bundan sonra raket sistemi yaradılıb və yeni kompleksdə yerləşdirilib.