Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov sentyabrın 27-dən Ukraynanın Odessa şəhərində Müstəqil Dövlətlər Birliyinin medianın özünütənzimləmə qurumlarının növbəti illik toplantısına qatılacaq. Bu barədə MŞ-nin mətbuat xidməti məlumat verir.
İllk toplantıda MDB-nin medianın özünütənzimləmə şəbəkəsinə sədrliyin Azərbaycana keçəcəyi rəsmiləşəcək.
Toplantıda quruma üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatları dinləniləcək. MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edəcək.
Bundan başqa, tədbirdə özünütənzimləmə şəbəkəsinə yeni üzvlərin cəlbi, etik standartların qorunması ilə bağlı beynəlxalq monitorinqin nəticələri, habelə onlayn media ilə əlaqədar şikayətlərin araşdırılması xüsusiyyətləri müzakirəyə çıxarılacaq, söz və ifadə azadlığının müxtəlif aspektləri nəzərdən keçiriləcək.