“SOCAR Energy Ukraine” MMC (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ-in törəmə müəssisəsi) Ukraynada iki yeni yanacaqdoldurma stansiyası (YDM) istifadəyə verib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“YDM-lərdən biri Çerkassı vilayətində, digəri Uman şəhərində açılıb. YDM-lərdə 4 növ yanacaq təklif olunur: Nano 95, NanoDiesel, A-92, A-95 benzinləri. Beləliklə, Çerkassı vilayətində “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 4-ə çatıb”, - deyə məlumatda qeyd olunur.
Hazırda Ukraynada “SOCAR” brendi ilə 35 YDM fəaliyyət göstərir.