Azərbaycanda əhaliyə pensiya ödənişləri prosesi 99,5% avtomatlaşdırılıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov cümə günü Bakıda keçirilən “Daxili nəzarət və risklərin idarə olunması” mövzusunda mühasiblərin və auditorların IV Avrasiya forumunda çıxışında bildirib.
“Şəhərlərdə pensiya ödənişləri prosesi 100%, kənd yerlərində 98,8% avtomatlaşdırılıb”, - deyə S.Müslümov məlumat verib.
Onun sözlərinə görə, DSMF-in pensiya ödənişləri üzrə agent bankları pensiya ödənişlərinin avtomatlaşdırılması çərçivəsində 701, həmçinin kənd yerlərində 159 bankomat quraşdırıblar.
Hazırda Azərbaycan Beynəlxalq Bankı (ABB) və "Kapital Bank" DSMF-in agent banklarıdır.