BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Heydər Əliyev Fondu, BMT-nin Sivilizasiyaların Alyansı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin layihəsi çərçivəsində dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycanda dini tolerantlığı əks etdirən fotosərgisinin açılışı olub.
Heydər Əliyev Fondunun “Azərbaycan - Tolerantlıq məkanı” layihəsi çərçivəsində Reza Deqati dəfələrlə respublikada səfərdə olub.
Sərginin BMT-nin Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində açılması dünya birliyinin Azərbaycanın multikulturalizm və tolerantlığın təmin olunması sahəsindəki fəaliyyətinə verdiyi qiymətin ən yaxşı nümunəsidir.
Azərbaycana həsr olunan fotosərgi bir həftə davam edəcək. BMT Baş Assambleyasına toplaşan yüksək rütbəli nümayəndə heyətləri, diplomatlar, eləcə də media nümayəndələrinin sərgiyə gələcəyi gözlənilir.