Milli Məclisin spikeri Oqtay Əsədov əmindir ki, Azərbaycan xalqı prezident seçkilərində düzgün seçim edəcək və fəaliyyətdə olan dövlət başçısı İlham Əliyevə səs verəcək.
“Biz ölkə üçün vacib hadisələr ərəfəsində yaşayırıq. Prezident seçkiləri onlardan biridir. Azərbaycan xalqı çox müdrik xalqdır və mən əminəm ki, o, düzgün seçim edərək öz sevimli prezidentini seçəcək”, - deyə spiker bazar ertəsi parlamentdə bəyan edib.
“İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin verdiyi məlumata görə, bazar ertəsi Milli Məclisin payız sessiyasının açılışı olub. Parlamentin ilk plenar iclasında Azərbaycan Respublikasının dövlət himni səslənib.
O.Əsədov yaz sessiyası çərçivəsində parlamentin işinin uğurlu olduğunu bildirib.
“Yaz və növbədənkənar sessiyalarda 15 plenar iclas keçirilib. Milli Məclis 171 qanun və qərar qəbul edib”, - deyə O.Əsədov qeyd edib.