Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü il üzrə maliyyə hesabatının auditinin aparılması üçün şirkət seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SKMF-dən məlumat verilib.
Audit şirkətlərindən təkliflər oktyabrın 14-dək qəbul ediləcək.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə 250 mln. manat məbləğində kredit verməyi planlaşdırır.