“Sumqayıt Kimya Sənaye Parkı” MMC 16 mərtəbəli inzibati binanın tikintisi üçün podratçı seçimi üzrə tender elan edib. Bu barədə MMC-nin elanında qeyd edilir.
Elana əsasən, tenderdə iştirak haqqı 500 manat təşkil edir.
Tender üzrə təkliflər noyabrın 20-dək qəbul ediləcək. Tender proseduru noyabrın 21-də keçiriləcək.
2012-ci ildə Vergilər Nazirliyi “Sumqayıt Kimya Parkı” MMC-ni 500 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.