Şəmkirdə 3 min abonent yeni sayğacla təmin edilib.
Şəmkir Qaz İstismar Sahəsinin baş mühəndisi Ələddin Hüseynovun “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna verdiyi məlumata görə, ilin sonuna qədər bu prosesin tam başa çatdırılması planlaşdırılır.
“Düyərli və Sabirkənd kəndlərində, eləcə də Zəyəm qəsəbəsində bütün mənzillərdə yeni sayğaclar quraşdırılıb. Hazırda İrmaşlı kəndində bu proses həyata keçirilir. Şəmkir şəhərinin 5 küçəsində də işlər yekunlaşıb”, – deyə baş mühəndis qeyd edib.
Ə.Hüseynovun sözlərinə görə, sayğaclaşma ilə yanaşı, Şəmkir şəhəri və 3 kənddə 50-yə yaxın qaz tənzimləyici şkaf da yenisi ilə əvəz olunub.
Şəmkir Qaz İstismar Sahəsi 34506 abonentə xidmət göstərir.