Azərbaycanda ahıl pensiyaçıların əmək pensiyalarının orta aylıq məbləği 190 manat təşkil edir. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatında qeyd olunur.
DSMF sədri Səlim Müslümov 1 oktyabr Beynəlxalq Ahıllar Günü ilə bağlı bir qrup ahıl pensiyaçı ilə görüş keçirib.
O bildirib ki, 30 sentyabr 2013-ci il tarixinə olan vəziyyətə görə, Azərbaycanda əmək pensiyaçılarının 342,373 min nəfəri ahıl vətəndaşlardır. Onlardan 207,269 min nəfəri qadın, 135,104 min nəfəri isə kişidir.
Ahıl pensiyaçıların 259,724 min nəfəri 70-80 yaş arası, 75,648 min nəfəri 80-90 yaş arası, 7,001 min nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır.