2003-2012-ci illərdə Azərbaycanda İKT, poçt və informasiya sektoruna investisiya qoyuluşlarının ümumi həcmi $2,5 mlrd. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
İnvestisiyaların ümumi həcmindən $2,2 mlrd. (72%) xarici investisiyaların və özəl şirkətlərin qoyuluşlarının, qalan investisiyalar dövlətin payına düşür.
Hesabat dövründə İKT, informasiya və poçt sektorunda gəlirlər 6 dəfədən çox artaraq $2 mlrd.-a çatıb. Sektorun orta illik artım tempi 20-25 % təşkil edib.
10 illik dövr ərzində gəlirlərdə özəl sektorun payı 67,4%-dən 80%-ə qədər artıb.
Bu dövrdə poçt sektorunun gəlirləri 4 dəfə - 28,9 mln. manatadək artıb.
2003-2012-ci illərdə sektorda orta əmək haqqı 5 dəfə - 620,7 manatadək artıb.