2013-cü ilin 30 sentyabr tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları yanvar-sentyabr aylarında 13,4% - $13 mlrd. 262,7 mln.-a qədər artıb. Bu barədə AMB-nin saytında məlumat verilir.
Bununla yanaşı, 2013-cü ilin sentyabr ayında AMB-nin valyuta ehtiyatları $303,8 mln. və ya 2,3% artıb.
Xəbər verildiyi kimi, 2013-cü il yanvarın 1-nə AMB-nin valyuta ehtiyatları $11 mlrd. 694,8 mln. təşkil edib.
2012-ci ildə AMB-nin valyuta ehtiyatları 11,6% artıb.