SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi Biləsuvar və Ağstafa rayonlarının bir sıra yaşayış məntəqələrinə qaz verib. Bu barədə İB-nin məlumatında qeyd edilir.
641 abonenti olan Biləsuvar rayonunun Nəsimi kəndinin qazlaşdırılması məqsədilə 44,9 kilometr uzunluğunda polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 641 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
147 abonenti olan Ağstafa rayonun Düz Qışlaq və Kolayır kəndlərinə 20,7 kilometr uzunluğunda polad borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 147 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.