SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağındakı 14-cü özüldən 259 nömrəli quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Quyu Fasilə Lay Dəstəsindən 2967-2953 metr intervaldan sutkada 80 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.