Azərbaycanda iki nəfərin ölümü və iki nəfərin yaralanmasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
İmişli-Bəhramtəpə yolunun 3-cü kilometrliyində “Kia” markalı avtomobilin çevrilməsi nəticəsində iki sərnişin hadisə yerində həlak olub, sürücü və daha bir sərnişin müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.