Rusiya Federasiyası (RF) Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski 9 oktyabrda Azərbaycanda prezident seçkilərini müşahidə edəcək nümayəndə heyətinə rəhbərlik edəcək.
“Nümayəndə heyəti fraksiyalararası kvota prinsipinə əsasən yaradılıb”, - deyə cümə axşamı jurnalistlərə parlamentin aşağı palatasından bildirilib.
Missiyanın tərkibinə bütün parlament fraksiyalarından deputatlar daxil olacaq. “Yedinaya Rossiya” partiyasını Svetlana Jurova, Oleq Lebedev, Hacımet Safaraliyev, Nadejda Şkolkina, Murad Hacıyev, Zaur Qekkiyev və Svetlana Maksimova, RFKP-ni Kazbek Taysayev, RLDP-ni İlya Drozdov və “Spravedlivaya Rossiya” partiyasını Alla Kuzmina təmsil edəcək.
Bu deputatlardan bəziləri Azərbaycanda prezident seçkilərini yalnız Dövlət Duması xətti ilə deyil, həmçinin müxtəlif parlamentlərarası təşkilatlar çərçivəsində müşahidə edə biləcəklər.