SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) qazma idarələri 2013-cü ilin yanvar-sentyabr aylarında qazma işlərinin həcmini ötən ilin analoji dövrü ilə müqayisədə 10,7% - 119,123 min metrədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
İstismar qazma işlərinin payı 112,789 min metr (artım 10,4%), kəşfiyyat qazma işlərinin payı 6,334 min metr (artım 16,1%) təşkil edib.
2013-cü ilin sentyabr ayında SOCAR üzrə qazma işlərinin həcmi 11,914 min metr təşkil edib. Bunun 11,893 min metri istismar, qalanı kəşfiyyat qazma işlərinin payına düşüb.
Xəbər verildiyi kimi, 2012-ci ildə SOCAR üzrə qazma işlərinin həcmi 136,441 min metr, o cümlədən kəşfiyyat qazma işlərinin həcmi 7,473 min metr, istismar qazma işlərinin həcmi 128,968 min metr təşkil edib.