2013-cü il sentyabrın 1-nə Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı 2,375 min ədəd təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 5,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Sentyabrın 1-nə Bakıda 1341 (artım 6,2%), regionlarda 1034 ədəd bankomat (artım 3,7%) quraşdırılıb.
Cari ilin yanvar-avqust aylarında respublikanın ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında cüzi azalma müşahidə olunub. Sentyabr ayının əvvəlinə onların sayı 35,715 min ədəd (azalma 3,1%) təşkil edib.
Bununla yanaşı, Bakıda 31,754 min ədəd (azalma 5,6%), regionlarda 3 961 ədəd (artım 22,6%) pos-terminal mövcuddur.
2013-cü il sentyabrın 1-nə ticarət, ictimai iaşə və xidmət obyektlərində 34,333 min ədəd pos-terminal və ya bütün pos-terminalların 96,1%-i quraşdırılıb.