Azərbaycanın Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Nizami kəndində "Hyundai" markalı avtomobil körpüdən dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində həlak olub, üç sərnişin isə yaxınlıqda olan şəxslərin yardımı ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.