Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan 63 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr (30 sentyabr-5 oktyabr) nəticəsində 11 nəfər həlak olub, 6 nəfər yaralanıb, 2 nəfər intihar edib.
4 nəfər qətldə, 6 nəfər qəsdən bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 10 nəfər qarət və soyğunda, 22 nəfər oğurluqda, 2 nəfər avtomobil qaçırmaqda, 4 nəfər insan alverində şübhəli bilinərək saxlanılıb. Bundan başqa, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 4 fakt qeydə alınıb.