Ötən həftə Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik maddələrin istifadəsində şübhəli bilinən 35 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkotik maddələrin istehsalı və satışında şübhəli bilinən üç nəfər saxlanılıb.
Narkotik maddələrin istifadəsində şübhəli bilinən şəxslərdən ümumilikdə 16,95 qram marixuana, 5,089 qram tiryək, 4,445 qram heroin müsadirə edilərək götürülüb.
Narkotik maddələrin satışında şübhəli bilinən şəxslərdən 17,573 kq marixuana aşkarlanıb.