“AtaBank” 2013-cü ilin əvvəlindən Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitlərindən sahibkarlara 12,26 mln. manat güzəştli kredit verib. Bu barədə bankın məlumatında qeyd edilir.
“Cari ildə kredit vəsaitlərinin ayrıldığı layihələrin həyata keçirilməsi təxminən 500 yeni iş yerinin yaradılmasını nəzərdə tutur”,- deyə məlumatda bildirilir.
“AtaBank” 2003-cü ildən SKMF-in agent bankıdır. 2003-cü ildən SKMF-in vəsaitlərindən sahibkarlara ümumilikdə 68 mln. məbləğində güzəştli kredit verilib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə 250 mln. manat məbləğində kredit verməyi planlaşdırır.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və “AtaHoldinq”in strukturuna daxildir.