Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşı Vüsal Müslümova qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Baş prokuror Zakir Qaralovun əmri ilə V.Müslümov, Bakı şəhər Prokurorluğunun əməkdaşları Valeh Vəliyev və Çingiz Hacıyev işdə yol verdikləri kobud qanun pozuntularına görə prokurorluq orqanlarından xaric ediliblər.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yuxarıda adı çəkilən şəxslərin işdən azad edilməsi və V.Müslümovun məsuliyyətə cəlb edilməsi barədə məlumatı təsdiq edib.