2013-cü il sentyabrın 1-nə “VTB Bank” (Azerbaijan) ASC-nin kredit portfeli 139,8 mln. manata çatıb. Bu barədə bankın məlumatında bildirilir.
Hesabat dövründə fiziki şəxslərin kredit portfelinin həcmi 67,1 mln. manat, kiçik biznesə verilmiş kreditlər 34,6 mln. manat təşkil edib.
Fiziki şəxslərin depozitlər üzrə portfeli (hesablardakı qalıqlar da daxil olmaqla) 7,1 mln. manata bərabər olub.
“VTB Bank” (Azerbaijan) müasir məhsul və xidmətlərin geniş spektrini təqdim edən, Azərbaycanın maliyyə sektoruna üzvi surətdə inteqrasiya etmiş universal bankdır. Qrup üçün prioritet istiqamətlərdən biri pərakəndə kreditləşdirmə və kiçik biznesin kreditləşdirilməsidir. O cümlədən bank şəxsi məqsədlər üçün istehlak kreditləri, depozitlər, təcili pul köçürmələri, hesablaşma- kassa xidmətləri təqdim edir.
Azərbaycan Mərkəzi Bankı 2009-cu ilin mart ayında “VTB Bank” (Azerbaijan) ASC-yə bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “Bank VTB” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.