SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi Azərbaycanın dörd rayonunun beş kəndinə qaz verib. Bu barədə İB-nin məlumatında deyilir.
Yardımlı rayonunun Qabaqdibi kəndinin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 14 kilometr olan polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 178 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
861 abonenti olan Lənkəran rayonunun Viravul kəndinin qazlaşdırılması üçün 36,7 kilometr uzunluğunda polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 861 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
İmişli rayonunun Rəsullu kəndində 263 abonentin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 18,3 kilometr olan polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 263 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Ağdaş rayonunun Güvəkənd və Əmirarx kəndlərində 448 abonentin qazlaşdırılması üçün 28,5 kilometr uzunluğunda polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 448 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.