Bazar ertəsi prezident İlham Əliyev Azərbaycanda prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Pino Arlaçinin başçılıq etdiyi Avropa Parlamenti nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə ölkəmizlə Avropa Parlamenti arasında əməkdaşlığın əhəmiyyəti qeyd olunub, Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün dövlət başçısı Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qulenin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunub, Fransa Senatının müşahidə missiyasının ölkəmizə səfərinin önəmi vurğulanıb.