Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov KİV orqanlarını prezidentliyə bu və ya digər namizədin xeyrinə dəstək ifadə etməməyə çağırıb.
“KİV Seçki Məcəlləsinə uyğun olaraq fəaliyyət göstərməli və Azərbaycan prezidentliynə bu və ya digər namizədə dəstək göstərməməlidir”, - deyə M.Pənahov bazar ertəsi MSK-nın iclasında bəyan edib. O qeyd edib ki, hər hansı namizədin xeyrinə və ya əleyhinə rəy bildirilməsinə qadağa yalnız İctimai Televiziyaya şamil edilir.
“Lakin bu qadağanın İctimai Televiziyaya aid edilməsinə baxmayaraq, biz digər KİV orqanlarını da bu mövqeyi dəstəkləməyə çağırırıq”, - deyə MSK sədri vurğulayıb.
Onun sözlərinə görə, oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə bütün hazırlıq və maarifləndirmə işləri artıq başa çatıb.