2014-cü ildə Azərbaycan iqtisadiyyatına investisiyaların ümumi həcmi 18 mlrd. 415,2 mln. manat səviyyəsində proqnozlaşdırılır. Bu isə 2013-cü ilin göstəricisindən 2,9% çoxdur.
Maliyyə Nazirliyinin saytında dərc edilmiş büdcə materiallarına əsasən, 2014-cü ildə investisiyaların 70,4%-i daxili, 29,6%-i xarici investisiyaların payına düşəcək.
Hökumətin proqnozlarına görə, gələn il investisiyaların 68,5%-i qeyri-neft sektoruna yatırılacaq.
2014-cü il üçün dövlət investisiyaları 9,7 mlrd. manat səviyyəsində proqnozlaşdırılır.