Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu XVII əsr Azərbaycan şairi, Təbriz şəhərinin şeyxülislamı olmuş Mirzə Saleh Təbrizinin divanının surətini əldə edib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
102 səhifədən ibarət divan Tehranın Məclis Kitabxanasında saxlanılıb.
65-79-cu səhifələrdə şairin Azərbaycan türkcəsində 36 şeiri – qəzəl, qitə, nəzm və təkbeytlər cəmi 149 beyt həcmində toplanıb.
Mirzə Salehin bu divanı onun XVII əsr ədəbiyyat tariximizdəki mövqeyini müəyyənləşdirməyə yardım edəcək.