Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev Böyük Britaniyada dərc olunan “Convergence Computing” beynəlxalq jurnalının Məsləhət Şurasının rəhbəri seçilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Jurnal qlobal konvergensiya sahəsində hesablama konsepsiyası və metodları, mobil, kvant, qrid, klaster və cloud hesablama, süni intellekt, multimedia və qlobal təhsil, bilik idarəçiliyi, verilənlərin emalı, coğrafi informasiya sistemləri və digər elmi istiqamətləri əhatə edir.
Jurnal “Inderscience Publishers” elmi nəşriyyatına daxil olan dərgilər siyahısındadır.