Oktyabrın 9-da “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində “Rəy” Monitorinq Mərkəzinin direktoru Rizvan Abbasov mərkəz tərəfindən prezident seçkilərində keçirilmiş “exit-poll”un nəticələrini təqdim edəcək.
“Exit-poll”un nəticələrinin təqdimatı saat 19:15-də “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində olacaq.
“İnterfaks-Azərbaycan” agentliyinin ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Girişdə xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07