Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün səhər saat 8:00-da başlayan prezident seçkilərində seçicilərin fəal iştirak edəcəyinə ümid edir.
“Hesab edirəm ki, azərbaycanlı seçicilər bütün dünyada prezident seçkiləri keçirilən zaman olduğu kimi fəallıq nümayiş etdirəcəklər”, - deyə o, seçkilərin başlamasının elan edilməsindən öncə keçirilən mətbuat konfransında bildirib.
MSK sədri vətəndaşları seçkilərdə fəal iştirak etməyə çağırıb.
“Mənə belə gəlir ki, seçicilər yaxın beş il üçün öz gələcəklərinə biganə qalmayacaq və arzu etdikləri namizədə səs verəcəklər”, - deyə M.Pənahov əlavə edib.
Onun sözlərinə görə, MSK seçki prosesinin maksimal dərəcədə şəffaf və milli qanunvericiliyə müvafiq şəkildə keçirilməsi üçün bütün tədbirləri görüb.