Prezident seçkilərinin başlanması elan edildikdən ilk 15 dəqiqə sonra Bakıdakı seçki məntəqələrinin birində 30-a yaxın seçici səs verib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, Nəsimi-Səbail seçki dairəsinin 23 saylı seçki məntəqəsində 28 nəfər səs verib.
Məntəqə seçki komissiyasının sədri Həsən Vəliyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib ki, səsvermənin sonuna qədər məntəqədə 1500 seçicinin səs verməsi gözlənilir.