Saat 10:00-a qədər Mərkəzi Seçki Komissiyasının “Qaynar xətt”inə təxminən 50 müraciət daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib.
“MSK-nın “Qaynar xətt”inə 49 müraciət daxil olub. Lakin bu müraciətlər şikayət xarakteri daşımır. Seçicilər əsasən səsvermə məntəqələrinin yerləşdiyi yerlə maraqlanırlar”, - deyə R.Gülməmmədov qeyd edib.