Belarus Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina Azərbaycanda keçirilən prezident seçkilərində seçicilərin fəallığının yüksək səviyyədə olduğunu qeyd edir.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, azərbaycanlı həmkarı Məzahir Pənahovla görüş zamanı L.Yermoşina seçkilərin ən yüksək səviyyədə başa çatacağına ümidvar olduğunu deyib.
M.Pənahov qeyd edib ki, seçkilərə hazırlıq ən yüksək səviyyədə həyata keçirilib.