Mərkəzi Seçki Komissiyasının “Qaynar xətt”inə 60-dan çox müraciət daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MSK katibliyinin İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib.
“MSK-nın “Qaynar xətt”inə 62 müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəti səsvermə məntəqələrinin yerinin dəqiqləşdirilməsi və hüquqi məsələlərlə bağlıdır”, - deyə R.Gülməmmədov qeyd edib.