Bakı-Qazax-Gürcüstan sərhədi magistral yolunda bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qazax rayonu ərazisində “VAZ-2106” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə ikinci avtomobilin sürücüsü həlak olub, onun iki sərnişini isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.