Cənub bölgəsində seçicilərin fəallığı azalmır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Dairə seçki komissiyaları sədrlərinin məlumatına əsasən, saat 17:00-dək bu regionda 335 952 seçicidən 284 198-i səs verib.
Regionda 494 seçki məntəqəsi fəaliyyət göstərir.