Mərkəzi Seçki Komissiyasının saat 19:00-a olan məlumatına görə, respublikada keçirilən prezident seçkilərində 3 720 643 nəfər, yəni seçicilərin 72,31%-i səs verib.
Ən çox seçici fəallığı 1 saylı Şərur-Sədərək seçki dairəsində (83%), ən az fəallıq 15 saylı Yasamal I seçki dairəsində (61,16%) qeydə alınıb.
Bakıda seçicilərin fəallıq səviyyəsinə görə 10 saylı Binəqədi seçki dairəsi (80,02%) liderlik edir.