Azərbaycanda prezident seçkiləri demokratik mühitdə keçirilib. Bu barədə Almaniyadan olan müşahidəçilər qrupunun rəhbəri Eduard Lintner bəyan edib.
“Seçkilər prosesi yüksək səviyyədə təşkil olunmuşdu və məsələn, Almaniyada mövcud olan standartlara cavab verir”, - deyə E.Lintner çərşənbə günü seçkilərin yekunlarına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, alman müşahidəçilər bütün namizədlər üçün bərabər şəraitin yaradıldığını qeyd ediblər.
“Olduğumuz bütün seçki məntəqələrində səsvermə zamanı qanunvericiliklə nəzərdə tutulan prosedurlara riayət olunub. Biz heç bir pozuntu qeydə almamışıq”, - deyə E.Lintner qeyd edib.
Almaniyadan olan müşahidəçilər qrupuna 36 nəfər, həmçinin Avropa Parlamenti və Bundestaqın üzvləri, AFR-in yüksək rütbəli məmurları və başqaları daxildir.