Rusiya Federasiyasının hüquq- mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Azərbaycanda saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən RF Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Murad İsmayılov saxlanılıb.
Cinayət Məcəlləsinin bu maddəsi iki ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.