Dövlət Sosial Müdafiə Fondunun kəsirsiz büdcəsinin gəlir və xərcləri 2014-cü il üçün 2 mlrd. 928,5 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2013-cü ilin proqnozundan 11,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2014-cü ildə 1 mlrd. 142 mln. manat (artım 6%) və ya DSMF-in gəlirlərinin 39%-i dövlət büdcəsindən transfertlər hesabına formalaşacaq.
Bundan başqa, DSMF-ə büdcə təşkilatları əməkdaşlarının sosial sığortası üzrə ayırmalar 541,3 mln. manat səviyyəsində proqnozlaşdırılır (artım 6,1%).
Fondun qalan gəlirləri özəl sektordan sosial sığorta ayırmaları və digər gəlirlər hesabına təmin olunacaq.
Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il üçün gəlir və xərcləri 2 mlrd. 632,695 mln. manat səviyyəsində təsdiq edilib.