Azərbaycanın şimal-qərbində ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Qax rayon polis şöbəsindən məlumat verilib.
Qax-Qaraqan avtomobil magistralının 12-ci kilometrliyində, Qax rayonunun Turaclı kəndi ərazisində “Ford” markalı mikroavtobus və “Opel” markalı minik maşını toqquşub. Hadisə nəticəsində yaralanmış hər iki sürücü və yeddi sərnişin xəstəxanaya çatdırılıb.
Məlumata görə, xəsarət alanların əksəriyyəti tibbi müayinədən keçməyə gedən çağırışçılardır.
Faktla bağlı Qax rayon polis şöbəsində araşdırma aparılır.