2013-cü ilin yanvar-sentyabr aylarında 5152 hüquqi şəxs qeydiyyatdan keçib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Məlumatda qeyd edilir ki, 2013-cü ilin 9 ayı ərzində Azərbaycanda 4493 yerli özəl şirkət, 165 dövlət, 3 bələdiyyə, 388 xarici və 103 birgə müəssisə qeydiyyata alınıb.
Hesabat dövründə Bakıda 55,5% hüquqi şəxs qeydiyyata alınıb.
Oktyabrın 1-nə olan vəziyyətə görə, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan 452 mindən çox fiziki şəxs qeydiyyatdan keçib.